"Konami" ilə tərəfdaşlıq müqaviləsi imzalanıb AFFA

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Konami Digital Entertainment Co., Ltd. şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. SİA-nın məlumatına görə, müqaviləyə uyğun olaraq, eFootball PES 2020 konsol oyununda futbol üzrə Azərbaycan milli komandasının əqli mülkiyyətindən (komanda adı, loqo, oyun forması və s.) istifadə hüquqları verilib. Azərbaycan milli komandası eFootball PES seriyasında olacaq və müqavilə 2019-2020-ci il futbol mövsümünü əhatə edəcək.

UEFA Avro-2020-nin Bakıda keçiriləcək oyunlarının təbliğatı və kubok turu çərçivəsində eFootball üzrə müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin, üzvləri futbol azarkeşləri arasından seçiləcək Azərbaycan komandası UEFA eEURO 2020 Çempionatında iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə