Pley-off mərhələsinin bu gün keçiriləcək oyunları UEFA Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 matçı keçiriləcək. SİA-nın məlumatına görə, ikinci oyun günündə III təsnifat mərhələsində gözlənilmədən Porquqaliya "Portu"sunu mübarizədən kənarlaşdıran Rusiyanın Krasnodar kollektivi Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

Serbiya çempionu “Srvena Zvezda” İsveçrədə “Yanq Boyz”un müqavimətini qırmağa çalışacaq. Xorvatiya "Dinamo"su isə Norveçin “Rusenborq” komandasını qəbul edəcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. “Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya)

23:00. "Dinamo” (Zaqreb, Xorvatiya) - “Rusenborq” (Norveç)

23:00. “Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya)

Bütün xəbərlər Facebook səhifəmizdə