Dünya çempionatının loqosunun təqdim olunacağı vaxt məlum olub

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatının rəsmi loqosunun təqdim olunacağı vaxt məlum olub. SİA xəbər verir ki, DÇ-2022-nin rəsmi loqosu sentyabrın 3-də nümayiş olunacaq. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Mundialın loqosunun ilkin versiyası məlum olsa da, hələlik təsdiqlənməyib. Xatırladaq ki, DÇ-2022 21 noyabr-18 dekabr tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə