Futbol haqqında sizi təəccübləndirəcək 20 məlumat

Bu günədək, futbol tarixində yaşanmış maraqlı hadisəlridən iyirmisini seçib hazırladıq. SİA-nın hazırladığı futbol hadisələri belədir:

1.Futbol topunun adətən qara rəngdə olan beş guşəli və altı guşəli fiqurlarla bəzədilmiş forması, 1962-ci ildə NASA-nın kosmosda olan Telestar peykinin bənzəri olaraq düzəldildi.

2. Futbol hakimləri illər boyu əl dəsmalları gəzdirərək oyunu idarə etdilər. Fit ilk dəfə 1878-ci ildə istifadə edilmişdir.

3. Futbol qapısının 1882-ci ilə qədər üst dirəyi yox idi. Top iki dirəyin arasından keçdiyindən, nə qədər yüksək keçməsinə baxmayaraq qol hesab edilirdi.

4. Qırmızı və sarı vərəqə tarixi əslində tamamilə yenidir. 1970-ci illərə qədər hakimlər oyundan futbolçu çıxartdıqları zaman qərarlarını şifahi şəkildə çatdırırdılar.

5. Müasir futbolun tarixi İngiltərədən başlasa da, futbolun primitiv variantları ilk dəfə 2200 il əvvəl Çində oynanılmışdı. Orta əsrlərdə futbolda rəqibi yumruqlamaq, təpikləmək və dişləmək sərbəst idi.

6. Uruqvay və Braziliya arasındakı Marakana Stadionunda oynanan 1950 Dünya Kuboku Finalı 199 min 854 tamaşaçı ilə hər zaman möhtəşəm bir tribuna rekordunu göstərməyə davam edir.

7. Qadınlararası Dünya Futbol Kuboku ilk dəfə 1991-ci ildə Çində oynanıldı və ABŞ çempion oldu.

8. Dünya Kuboku tarixində yarışlara qatılmağı bacaran ən kiçik ölkə 2018-ci ildən İslandiya oldu.

9. Sportivo Ameliano və Heneral Kaballero arasındakı matçda Paraqvay Liqa komandaları 20 oyunçuya qırmızı vərəqə göstərdilər və bir matçda ən çox qırmızı vərəqə ilə Ginnesin Rekordlar Kitabına daxil edildi.

10. 1998-ci ildə İngilis hakim Martin Silvester futbolçunu yumruqladığı üçün özünə qırmızı vərəqə göstərdi.

11. 1978-ci ildə oyun başlamazdan əvvəl soyunma otağında marixuana qəbul etdiyi üçün tanzaniyalı hakim polis tərəfindən tutuldu.

12. Liberiya milli komanda futbolçularının səyahət xərclərini ödəyə bilmədiyi üçün 1996-cı il Afrika kubokunda iştirak edə bilmədi. Məşhur Liberiyalı futbolçu Corc Veya bütün forma və səyahət xərclərini cibindən götürərək komandasını turnirə apardı.

13. Dünya Kuboku, təxminən 5,9 kiloqram ağırlığında 18 karat qızıldan ibarətdir.

14. Hindistan, oyunçularına ayaqyalın oynamağa icazə verilmədikdə, 1950 Dünya Kubokunda iştirakdan imtina etdi.

15. "Arsenal" futbol komandası "The Arsenal" adlanırdı. Bununla birlikdə klubların adı əlifba sıralamasında ilk sırada iştirak etmək üçün "Arsenal" olaraq dəyişdirildi.

16. 1998-ci ildə ikinci liqanın komandası "Jiyul Petroşani"də oynayan Rumıniyalı yarımmüdafiəçi İon Radu, "Rımniku Vılça" komandasına 500 kilo ət qarşılığında satıldı.

17. Tarixdəki ən uzun çəkən "Linkoln Kiti" və "Koventri Kiti" oyunudur. Təxirə salınması ilə əlaqəli ən maraqlı hadisələrdən biri İngiltərədə 1962/1963 mövsümündə baş verdi. 5 yanvar 1963-cü ildə başlayan "Linkoln Kiti" - "Koventri Kiti" oyunu, güclü qar səbəbindən hakim tərəfindən təxirə salındı. Sonrakı günlərdə daha 15 dəfə başlayan və təkrarən təxirə salınan görüşün qalan hissəsi qarşlaşmanın başlamasından 66 gün sonra 6 mart tarixində oynanıldı və "Koventri Kiti" futbol tarixindəki bu ən uzun oyunu 6-1 hesabı ilə qazandı.

18. Aşli Uard 1998-ci ilin noyabrında "Sunderland"a qarşı matçın cəmi beş dəqiqəsində bir qol vurdu, bir penaltini qaçırdı və qırmızı vərəqə gördükdən sonra oyundan kənarda qaldı.

19. 1986-cı ildə Finlandiyanın əfsanəvi futbolçusu Pentti bir oyunda 5 qol vurdu.

20. 2002-ci ildə Madaqaskar komandası "Stade Olimpique L Emirn" çempion "AS Adema"a qarşı oyunda öz qapılarına 149 qol vurdu. Bu maraqlı cəhdin səbəbi əvvəlki oyunda hakimin qərarlarına etiraz etmək idi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...