FİFA "Ferents Puşkaş" mükafatına namizədləri açıqlayıb

FİFA ilin ən yaxşı qoluna verilən "Ferents Puşkaş" mükafatına namizədləri açıqlayıb. Qurumun saytında yer alan məlumata görə, siyahıda 10 futbolçunun adı yer alıb. Bunlar Daniel Jori ("Debretsen"), Lionel Messi ("Barselona"), Zlatan İbrahimoviç ("Los-Anceles Qelaksi”), Endros Taunsend ("Kristal Pelas"), Fabio Kvalyarella ("Sampdoriya"), Xuan Kintero ("River Pleyt"), Mateus Kunyadı ("Leyptsiq"), eyni zamanda üç qadın futbolçu - Adjara Nçut (Kamerun millisi), Emi Rodriges ("Yuta Royals") və Billi Simpsondır ("Kliftonvill Ledis").

FİFA-nın saytı 3 finalçının müəyyənləşməsi üçün saytında azarkeşlər arasında səsvermə başladıb. Səsvermə sentyabrın 1-i başa çatacaq. Bundan sonra qalibi FİFA-nın əfsanələri seçəcək.

Qeyd edək ki, ötən il bu mükafatı "Liverpul"un hücumçusu Məhəmməd Salah qazanıb. Qolları bu linkə keçid etməklə izləyə bilərsiniz: https://www.youtube.com/playlist?list=PLCGIzmTE4d0iHeMGrVhV4ZXyr5y-XCi6-

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...