PSJ-dən 55 illik rekord yeniləməsi!

PSJ Fransa Liqasında "Renn"lə keçirilən çempionat görüşündə 55 illik rekordu təkrarlayıb. Belə ki, Paris təsmilçisi 1:2 hesabı ilə uduzsa da, ölkə çempionatında ardıcıl 40-cı oyununda meydanı qolsuz tərk etməyib.

Daha əvvəl bu göstəriciyə 1964-cü ildə “Rasinq” nail olmuşdu. Komanda ardıcıl 40 oyunda fərqlənmişdi. PSJ növbəti turda “Tuluza”ya qarşı matçda da qol vursa, bu göstəricidəki rekordu təzələyəcək. Qeyd edək ki, PSJ – “Tuluza” matçı avqustun 25-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...