"Marca" nəşri: Messinin zədəsi sağalıb

“Barselona"nın kapitanı Lionel Messinin zədəsi sağalıb. "Marca" nəşrinin yazdığına görə, argentinalı hücumçu artıq məqşlərə başlayacaq. Ayaq əzələsindəki ağrılara görə, "Atletik"lə (0:1) çempionatın ilk oyununu buraxan Messi 2-ci turda "Betis"lə matçda meydana çıxa bilər.

"Atletik"lə görüşdə zədələnən digər hücumçu Luis Suares isə qarşıdakı görüşü buraxacaq. Qeyd edək ki, "Barselona" - "Betis" matçı avqustun 25-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...