Hondurasda, "Olimpiya" və "Motaqua" arasındakı milli futbol çempionatının matçından əvvəl azarkeşlər arasında toqquşma baş verdi, nəticədə 3 nəfər həlak oldu.
SİA-nın məlumatına görə, "Olimpiya" və "Motaqua" arasındakı görüş öncəsi yerli azarkeşlərin qonaq komandanın futbolçularının olduğu avtobusa hücum etmələri ilə başlayıb. Tərəfdarlar üç "Motaqua" oyunçusunun xəsarət almasına səbəb olaraq nəqliyyat vasitəsini daşlayıblar.

Azarkeşlərin iştirak etdiyi iğtişaşlar həm stadionda, həm də kənarda davam edib. Toqquşmalar zamanı 20-27 yaş arası üç azarkeşin öldüyü məlum olub. Bundan əlavə, yeddi nəfər güllə yarası alıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Əlavə edək ki, Hondurasda futbol artıq ölümlə üzləşib. 1969-cu ildə milli komandanın "El Salvador"dan məğlubiyyətindən sonra hərbi qarşıdurma başlandı və sonradan "Futbol müharibəsi" adlandırıldı. Hər iki tərəfdən ümumi itkilər bir neçə min vətəndaşa çatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə