Azərbaycan-Xorvatiya oyunu üçün KİV-in qeydiyyatı başlayıb

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində, sentyabrın 9-da "Bakcell Arena"da Azərbaycan - Xorvatiya oyunu keçiriləcək. SİA-nın məlumatına görə, akkreditasiya almaq istəyən KİV nümayəndələri avqustun 26-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı
2. Şəxsiyyət vəsiqəsinin surəti (skaner olunmuş)
3. Təmsil etdiyi KİV
4. Vəzifəsi
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil
Yuxarıda qeyd olunanlar 26 avqust saat 18:00-a qədər ipr@affa.az ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və ipr@affa.az ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə