Azərbaycan milli komandası Belarus yığması ilə qarşılaşacaq FUTZAL

Avqustun 25-dən 28-dək futzal üzrə Azərbaycan milli komandasının Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı olacaq. SİA-nın xəbərinə görə, millimiz avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək. İlk oyun Minsk, digər matç isə Borisov şəhərində təşkil olunacaq.

Qeyd edək ki, milli oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...