Millimiz Sloveniya yığmasına qalib gəlib VOLEYBOL

Avropa çempionatında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Sloveniyada təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, hazırlıq prosesi çərçivəsində millimiz Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirib.

Voleybolçularımız yoldaşlıq matçında 3:0 hesabı ilə qalib gəliblər. Komandamız növbəti yoldaşlıq oyununu avqustun 20-də yenidən Sloveniya yığmasına qarşı keçirəcək.

Millimiz Avropa çempionatının keçiriləcəyi Macarıstana avqustun 21-də Sloveniyadan birbaşa yollanacaq.

“C” qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstan yığmaları olacaq.

Qeyd edək ki, son Avropa çempionatında millimiz dördüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə