İngiltərə Premyer Liqasının “Çelsi” - “Lester Siti" oyununda maraqlı bir hadisə yaşandı. SİA-nın İngiltərə mətbuatında yer alan xəbərinə görə, oyunu baş hakim Oliver Lanqfordun yerinə 4-cü hakim Qreyam Skott yönləndirdi. London M40 şose yolunda zəncirvari yol qəzasına girən Oliver Lanqford, stadiona görüşün başlamasına 10 dəqiqə qalmış çatdığına görə yarışı idarə etməyə icazə verilmədi.

Qreyam Skott isə karyerasının ilk Premyer Liqa matçına rəhbərlik etmiş oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə