“Çelsi” yenə də oyununu qələbəsiz bitirib

Avqustun 18-də futbol üzrə İngiltərə Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib. SİA-nın məlumatına görə, çempionluğa iddialı “Çelsi” öz meydanında “Lester Siti”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Çelsi”in heyətində Mason Mount (7), “Lester Siti” isə Vilfred Ndidi (67) fərqlənib.

Xatırladaq ki, londonlular birinci turda “Mançester Yunayted” klubuna böyük hesabla məğlub olublar (4:0).

Növbəti turda Frenk Lempardın yetirmələri səfərdə “Norviç” klubu ilə üz-üzə gələcək. Görüş avqustun 24-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə