Aleksis Sançes “İnter”də oynayacaq

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aleksis Sançes karyerasını İtaliyada davam etdirməyə yaxındır. SİA-nın xəbərinə görə, “İnter” klubu 31 yaşlı çilili hücumçunu icarəyə götürəcək.

Bir illik icarə müqaviləsində futbolçunu sonradan 15 milyon avroya transfer etmək hüququ da əksini tapacaq. İcarə müddətində oyunçunun maaşını Mançester təmsilçisi ödəyəcək.

A.Sançes klub rəhbərliyinə müraciətdə bu keçidə mane olmamağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...