Zaur Hacı-Məhərrəmov beynəlxalq təyinat alıb

A Milli komandanın meneceri və AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. SİA-nın məlumatına görə, qurum rəsmisi Avropa Liqasının pley-off mərhələsinın “Ferensvaroş” (Macarıstan) – “Suduva” (Litva) oyununun UEFA nümayəndəsi olacaq.

Cavab oyunları çərçivəsində baş tutacaq qarşılaşma avqustun 29-da keçiriləcək. Matç Budapeşt şəhərindəki “Ferensvaroş” stadionunda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə