İkinci tur PSJ-nin məğlubiyyəti ilə yekunlaşdı

Fransa Liqasında 2-ci tura yekun vurulub. SİA-nın xəbərinə görə, sonuncu matç günündə 3 oyun keçirilib. PSJ səfərdə "Renn"lə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Digər görüşlərdə "Sent-Etyenn" "Brest"lə (1:1), "Reyms" "Strasburq"la (0:0) heç-heçə edib.

18 avqust

"Renn" - PSJ - 2:1
Qollar: Kavani, 36 (0:1), Nianq, 44 (1:1), Kastilyo, 48 (2:1)

"Sent-Etyenn" - "Brest" - 1:1
Qollar: Faussurier, 45 (0:1), Bounqa, 83 (1:1)

"Reyms" - "Strasburq" - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə