Şeydayev derbidə 90 dəqiqə oynadı

Rusiya Premyer Liqasında 6-cı turun oyunları davam edir. SİA xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" bu gün Moskva derbisində "Lokomotiv"i qəbul edib. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. R.Şeydayev sözügedən görüş üçün start heyətdə yer alıb və 90 dəqiqə oynayıb. 6 oyundan sonra 5 xalı olan "Dinamo" 13-cü, 13 xalı olan "Lokomotiv" isə 2-ci yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə