Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları davam edir. SİA-nın məlumatına görə, bu gün daha bir matç keçirilib. Avrokuboklarla erkən vidalaşan "Səbail" "Zirə" ilə qarşılaşıb. "ASCO Arena"a keçirilən görüşdə Aftandil Hacıyevin komandası minimal hesabla qalib gəlib - 1:0. Qeyd edək ki, ilk tura sabah oynanılacaq "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq. Azərbaycan Premyer Liqası 18 avqust (bazar) 20:00. "Səbail" – "Zirə" - 1:0 Qol: Yevgeni Koçuk, 79-pen (1:0) Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev "ASCO Arena". 19 avqust (bazar ertəsi) 20:00. "Neftçi" – "Sabah" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı "Bakcell Arena" 17 avqust (şənbə) "Keşlə" – "Qarabağ" - 0:1 17 avqust 19:00. "Qəbələ" – "Sumqayıt" - 0:2

Bütün xəbərlər Facebook səhifəmizdə