Premyer Liqa turnirlərində potensialımdan maksimum istifadə edə biləcəyəm RAFAEL AĞAYEV

"Bu il bir sıra nüfuzlu turnirlərdə iştirak etmişəm. Onların biri istisna olmaqla hamısından medalla qayıtmışam. Yalnız bir turnirdə medal qazana bilmədim. A seriyası turnirinin İstanbul mərhələsində bir-birinin ardınca iki döyüşdə aldığım zədələr səbəbindən beşinci döyüşü yarımçıq qoydum. Artıq bərpa prosesi başa çatıb".

SİA-nın məlumatına görə, bu sözləri dəfələrlə dünya və Avropa çempionu olan karateçi Rafael Ağayev deyib. Fikirlərinin davamı olaraq bildirib ki, "Qarşıda bizi Karate 1 Premyer Liqa turnirləri gözləyir. Sentyabrın birinci yarısında Tokioda keçiriləcək Premyer Liqa turnirinə tam hazır olmasam da, düşünürəm ki, oktyabr-noyabr aylarında Moskva və Madriddə keçiriləcək Premyer Liqa turnirlərində potensialımdan maksimum istifadə edə biləcəyəm".

İdmançı gələn ilin karateçilər üçün xüsusilə çətin keçəcəyini bildirərək deyib: "2020-ci il karateçilərimiz üçün xüsusilə çətin keçəcək. 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına qədər idmançılarımız özlərini dünya çempionatında, daha sonra Bakıda keçiriləcək Avropa çempionatında sınayacaqlar. Bu yarışların hər birində qızıl medal üçün mübarizə aparacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...