“Real Madrid” səfərdə “Selta Viqo”ya qalib gəldi

Avqustun 17-də futbol üzrə İspaniya La Liqasının 2019-2020-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.

SİA-nın məlumatına görə, turun ikinci günündə çempionluğa iddialı "Real Madrid" səfərdə "Selta Viqo" komandasını qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Kral klubu"nun heyətində Kərim Benzema (12), Toni Kros (61) və Lukas Vasqets (80) fərqləniblər. Meydan sahibi - "Selta Viqo"nun heyətində isə yeganə qolun müəllifi 90-cı dəqiqədə İker Losada olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...