Cüdo üzrə ölkə çempionatının qalibləri müəyyənləşib

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. SİA-nın xəbərinə görə, yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb.

Birinciliyin sonuncu günündə oğlanlar və qızlar arasında səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızların yarışında Səbinə Qədirova (52 kq), Diana Şoranova (63 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq), oğlanların mübarizəsində isə Elçin Hüseynov (66 kq), Samir Ağayev (81 kq), Aslan Mirzəyev (100 kq) və İmran Yusifov (100 kq-dan yuxarı) Azərbaycan çempionu adını qazanıblar.

Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə