"Qarabağ" "Keşlə"ni məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümü start götürüb.

SİA xəbər verir ki, mövsümün açılış matçı "Dalğa Arena"da olub. Burada "Keşlə" son illərin çempionu "Qarabağ"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyunları qarşıdakı üç gün ərzində keçiriləcək.

16 avqust (cümə)

Azərbaycan Premyer Liqası, I tur

“Keşlə” – “Qarabağ” - 0:1
Qol: İsmayıl İbrahimli, 78
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
“Dalğa Arena”

17 avqust (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
“ASCO Arena”.

19 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Bakcell Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə