Zaur Əliyev dünya çempionatının yarımfinalında

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Zaur Əliyev ilk görüşdə Qırğızıstan idmançısını tam üstünlüklə məğlub edib. Avropa çempionatının bürünc medalçısı 1/4 finalda Moldova təmsilçisini də ilk hissədə qazandığı xallarla üstələyərək yarımfinala yüksəlib.
Zaur Nuriyev 1/8 finalda ABŞ pəhləvanına yenilib.

Nəsir Həsənov ilk mərhələdə Belarus güləşçisinə uduzub.

Laçın Vəliyev debütdə gənclər arasında Avropa ikincisi olmuş Macarıstan pəhləvanına müqavimət göstərə bilməyib.

Sərxan Məmmədov üçün də start uğursuz alınıb. Həmyerlimiz təsnifat mərhələsində misirli rəqibiylə bacarmayıb.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

55 kq
1/8 final - Zaur Əliyev - Nurməhəmməd Abdullayev (KGZ) 8:0
1/4 final - Zaur Əliyev - Artium Deleanu (MDA) 10:0
1/2 final - Zaur Əliyev - Ken Matsui (JPN)

63 kq
1/8 final - Zaur Nuriyev - Alston Con Nutter (USA) 9:16

77 kq
Təsnifat - Nəsir Həsənov - Mikita Kazakov (BLR) 6:8

87 kq
Təsnifat - Laçın Vəliyev - David Losonçi (HUN) 0:8

130 kq
Təsnifat - Sərxan Məmmədov - Yusif Əhməd Həmdi İssa (EGY) 1:6

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...