Kiyev "Dinamo"sunun baş məşqçisi vəzifəsindən getdi

Kiyevin “Dinamo” futbol klubunun baş məşqçisi Aleksandr Xatskeviç vəzifəsindən uzaqlaşdırılıb. SİA-nın məlumatına görə, “Dinamo” Xatskeviçlə əməkdaşlığa son qoyub və bütün məşqçilər korpusu vəzifələrindən azad edilib.

Qeyd edək ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo” Kiyev iki oyunun hesabına görə, “Brüqqe” klubuna uduzaraq mübarizəni dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə