Premyer Liqada birinci turun hakim təyinatları müəyyənləşib

Avqustun 14-də Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun oyunları üçün hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, turun oyunları dörd günü əhatə edəcək.

Avqustun 16-da “Dalğa Arena”da “Keşlə” – “Qarabağ” qarşılaşmasını Orxan Məmmədov idarə edəcək.

Avqustun 17-də Qəbələ şəhər stadionunda “Qəbələ” – “Sumqayıt” matçına əsas referi Vüqar Həsənli təyin olunub.

Bir gün sonra “Səbail” – “Zirə” oyununa Rəvan Həmzəzadə təyinat alıb.

Turun sonuncu görüşü “Neftçi” – “Sabah” qarşılaşmasında baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, “Keşlə” – “Qarabağ” və “Qəbələ” – “Sumqayıt” oyunu saat 19:00-da, “Səbail” – “Zirə”, “Neftçi”- “Sabah” qarşılaşması isə saat 20:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...