Dünya çempionatında yarışacaq cüdoçularımız kimdir?

Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanın 16 cüdoçusu çıxış edəcək. SİA-nın məlumatına görə, ölkəmiz mundialda 9 kişi və 7 qadın idmançı ilə təmsil olunacaq. Belə ki, qızlar arasında Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Günel Həsənli (70 kq), İrina Kindzerska (+78 kq) mübarizə aparacaqlar.

Oğlanların yarışlarında isə Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) güclərini sınayacaqlar.

Cüdo millimizin üzvləri 8 gün ərzində medallar uğrunda yarışacaqlar. Cüdo üzrə dünya çempionatına avqustun 25-də start veriləcək. Yeddi gün ərzində keçiriləcək fərdi mübarizələrdən sonra sentyabrın 1-də qarışıq komanda yarışı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...