Fransa-Azərbaycanla futbolda qarşılaşacaq

Avqustun 14-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib. SİA-nın xəbərinə görə, komandamızın Fransanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunu oktyabrın 10-da Kale şəhərindəki “Stad de L`Epopee”də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə