Sərbəst güləş üzrə Açıq Kubok başa çatıb FOTOLAR

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Açıq Kubok yarışına yekun vurulub. SİA-nın verdiyi məlumata görə, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da çıxış edən yeniyetmə sərbəst güləşçilər mübarizə aparıb. Ölkənin 30-dan artıq klub və cəmiyyətlərindən 200-dən artıq idmançı yarışda qüvvəsini sınayıb.

Komanda hesabında "Sərhədçi" birinci, Gəncə ikinci, Şamaxı isə üçüncü yeri tutub. Medalçılarla tanış olun:

45 kq
1. Musa Verdiyev (Gəncə)
2. İsa Burtiyev (Şağan)
3. Adəm Bağırov (Həyat), Ayxan Verdiyev (Gəncə)

48 kq
1. Mahir Məmmədov (Şamaxı-Sərhədçi)
2. İbrahim Əliyev (Gəncə)
3. Süleyman Yusubov (Şağan), Omar Gülməmmədov (Təhsil)

51 kq
1. Fəqan Mirzəyev (Cəlilabad-Gömrükçü)
2. Oruc Poladov (Gəncə)
3. Balaxan Hüseynov (Lənkəran-Sərhədçi), Nurəddin Novruzov (Gəncə)

55 kq
1. Camal Qasımov (Həyat-Sərhədçi)
2. Müştəba Məmmədov (Masallı-Sərhədçi)
3. Elmir Cəbiyev (Lokomotiv), Elton Cəbrayılov (Astara)

60 kq
1. Cavidan Əhmədov (Sumqayıt)
2. Kamal Qasımov (Həyat-Sərhədçi)
3. Sərdar Məmmədov (Cəlilabad-Gömrükçü), İlyas İsayev (Sərhədçi)

65 kq
1. Zeyqəm Qurbanov (Şamaxı-Sərhədçi)
2. Elçin Əsgərov (Zenit)
3. Ruslan Quliyev (Gəncə), Rəvan Əlyarov (Qəbələ)

71 kq
1. Sadiq Abbasov (Cəlilabad-Gömrükçü)
2. Vasif Quliyev (Sumqayıt)
3. Ruslan Abdullayev (Gömrükçü), Arif Yusubov (Olimpsport)

80 kq
1. Əli Əmirov (Şamaxı-Sərhədçi)
2. Varis Mehdizadə (Sabirabad-Sərhədçi)
3. Elmir Yusibov (Şəmkir), Əli Əliyev (Şağan)

92 kq
1. Xəlil Allahverdiyev (Qazax-Sərhədçi)
2. Zəfər Əliyev (Masallı)
3. Yusif Dursunov (Ağstafa), Ədalət Hümbətov (Şamaxı)

110 kq
1. Murad Bəhlulzadə (Sərhədçi)
2. Azay İsmayılov (Sərhədçi)
3. Asif Abışov (Gəncə)

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə