EYOF-da cüdo yarışlarına start verilir

Bu gün Yeniyetmələrin Avropa Olimpiya Festivalında cüdo yarışlarına da start verilir. SİA-nın məlumatına görə Azərbaycanı 12 cüdoçu təmsil edəcək.

Həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri 4 gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Avropa Olimpiya Festivalında cüdo yarışlarına iyulun 24-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək. Ölkəmiz bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycanın cüdo üzrə 4 qız və 8 oğlan idmançısının ilk rəqibləri müəyyənləşib.

Qızlar

44 kq
1/8 final. Gülşən Bəşirova - Mariya Qonzales (İspaniya)
48 kq
1/8 final. Səbinə Əliyeva - Raquel Brito (Portuqaliya)
57 kq
1/16 final. Aytac Qardaşxanlı - Erika Vauhkonen (Finlandiya)
70 kq
1/8 final. Nərmin Əmirli - Yael Van Hemst (Hollandiya)

Oğlanlar
50 kq
1/8 final. İsmayıl Qənbərli - Sergey Mastriukov (Rusiya)
55 kq
1/16 final. Şükran Zamanlı - Migel Gaqo (Portuqaliya)
60 kq
1/16 final. Turan Bayramov - Kote Kapanadze (Gürcüstan)/ Adam Safer (Avstriya) cütünün qalibi
66 kq
1/8 final. Mətin Rzazadə - Pijus Mikalauskas (Litva) / Elguja Şinçaraşvili (Gürcüstan)
73 kq
1/8 final. Vüqar Talıbov - Cianis Yauseyenka (Belorus) / Mustafa Həbib (Bosniya)
81 kq
1/16 final. Məhərrəm İmamverdiyev - Vlad Topala (Rumıniya)
90 kq
1/16 final. Ruslan Nəsirli - Borislav Vladov (Bolqarıstan)
+90 kq
1/8 final. Hüseyn Məmmədov - Daniel Udsilauri (Almaniya)

Proqrama əsasən iyulun 24-də qadınlar 40kq, 44 kq və 48 kq, oğlanlar 50, 55 kq və 60 kq, iyulun 25-də qızlar 52, 57 və 63 kq, oğlanlar 66 və 73 kq, iyulun 26-da qızlar 70kq və 70kq-dan yuxarı, oğlanlar 81 kq, 90 kq və 90 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.

Qeyd edək ki, Olimpiya Festivalına 40 ölkədən 297 cüdoçu qatılacaq. Onlardan 165-i oğlan, 132-i qadındır. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq cüdo yarışlarına saat 10:30-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə