Bu gün EYOF-da velosiped yarışlarına start verilir

Bu gün XV Avropa Gənclər Yay Olimpiya Festivalında velosiped idmanı üzrə yarışlara start verilir. SİA-nın məlumatına görə 95 oğlan və 75 qız idmançı fərdi şose yürüşündə (50 km) və velokrossda (10 km) mübarizə aparacaqlar.

Əvvəlcə qızların yarışı başlanacaq. Azərbaycanı Lalə Əbdürrəhmanova, Gülşən İsmayılova və Məleykə İsgəndərova təmsil edəcəklər. Oğlanlar arasında isə yığma komandamızın üzvləri Nofəl Nuriyev, Nikita Sitov və Mustafa Muxtarlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə