"Qəbələ" və "Neftçi"nin oyunları hansı kanallarda yayımlanacaq?

"Neftçi"nin UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Arsenal” klubu ilə keçirəcəyi hər iki oyun canlı yayımlanacaq. Belə ki, iyulun 25-i "Arsenal” mərkəzi stadionunda, avqustun 1-i isə "Bakcell Arena”da keçirilən görüşlər "CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Sabah Avroliqada mübarizəyə başlayacaq "Qəbələ"nin ikinci təsnifat mərhələsində evdə Tiflis "Dinamo"su ilə ilk matçı da "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Həmin matç isə yerli vaxtla 19:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...