EYOF çərçivəsində güləş yarışları bu gün başa çatır

Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatır.

AGF-dan SİA-ya verilən məlumata görə yarışın üçüncü günündə son 7 çəki üzrə mübarizə baş tutur.
Kənan Heybətov debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib.
Cəbrayıl Hacıyev ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb. Türkiyə pəhləvanını 1 dəqiqə ərzində diz çökdürən Hacıyev yarımfinala yüksəlib.
Elmir Əliyev ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb.
Xasay Həsənli ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib.
Nigar Mirzəzadə yarışa alman rəqibini yenməklə başlayıb.

Sərbəst güləş

51 kq
1/8 final - Kənan Heybətov - İvan Terzi (UKR) 12:2
1/4 final - Kənan Heybətov - Niko Hivonen (FİN)

65 kq
1/8 final - Cəbrayıl Hacıyev - Davit Patsinaşvili (GEO) 13:3
1/4 final - Cəbrayıl Hacıyev - Duhan Hamza Duman (TUR) 10:0
1/2 final - Cəbrayıl Hacıyev - Konstantinos Nikopolidis (GRE)

Yunan-Roma güləşi

51 kq
1/8 final - Elmir Əliyev - Kristofer Andresen (NOR) 8:0
1/4 final - Elmir Əliyev - Denis-Florin Mihay (ROU)

65 kq
Təsnifat - Xasay Həsənli - Fotios Bukis (GRE) 7:0
1/8 final - Xasay Həsənli - Kasperi Kauhanen (FİN) 3:1
1/4 final - Xasay Həsənli - David Loher (SUİ)

Qadın güləşi

53 kq
1/8 final - Elnurə Məmmədova - Flora Vizi (HUN)

57 kq
1/8 final - Birgül Soltanova - Darya Manuil (RUS) 2:2*

65 kq
1/8 final - Nigar Mirzəzadə - Mari Trautman (GER) 8:0
1/4 final - Nigar Mirzəzadə - Nesrin Baş (TUR)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...