“Qarabağ”ın rəqibi müəyyənləşib

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatması keçirilib. AFFA-dan SİA-ya verilən məlumata görə Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” ikinci təsnifat mərhələsini adlayacağı halda, APOEL (Kipr) – “Sutjeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları avqustun 6/7-də, cavab görüşləri isə avqustun 13-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...