"Tottenhem"dən 22 milyon avroluq transfer

"Tottenhem" heyətinə yeni futbolçu cəlb etmək üzrədir. "The Telegraph"ın yaydığı xəbərə görə, London klubu "Fulhem"in yarımmüdafiəçisi Rayan Sesenonu transfer edəcək. Bu transfer üçün "Tottenhem" 20 milyon funt sterlinq (təqribən 22 milyon avro) təzminat ödəyəcək. Qeyd edək ki, Sesonunun "Fulhem"lə müqaviləsi 2020-ci ilin yayında başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə