"Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalına yüksək səviyyədə hazırlaşıb"

XV Avropa Gənclər Olimpiya Festivalına çox ciddi hazırlaşmışdıq. Məhz bu ciddi hazırlığın nəticəsidir ki, zəhmətimiz hədər getmədi. Komandamız ilk oyunda qalib gəldi. Bu qələbə bizi növbəti oyunlarda da uğur qazanmağa həvəsləndirir.

Bunu İslandiyanın kişilərdən ibarət həndbol komandasının baş məşqçisi Maksim Akbaçev AZƏRTAC-a müsahibəsində deyib. Komandasının növbəti oyunlarda da qələbə qazanacağına inandığını bildirən baş məşqçi turnirin yüksək səviyyədə təşkil olduğunu bildirib: “Azərbaycanın bir sıra beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini eşitmişdim. İndi Bakıda bunun canlı şahidiyəm. Açıq-aşkar görünür ki, Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalına yüksək səviyyədə hazırlaşıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə