“Bakı 2019”: Franko Qrqiç 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışının qalibi olub

Bu gün “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışının qalibi müəyyənləşib. Yarışda bütün rəqiblərini geridə qoyan xorvatiyalı Franko Qrqiç festivalın çempionu adını qazanıb. Almaniyalı Silas Bet gümüş, Yunanıstan atleti Aleksandros Kaçris isə bürünc medallara layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə