Özləm Uslu: "İnanıram ki, Bakı mənə uğur gətirəcək"

Bundan əvvəl də Bakıda keçirilən yarışda iştirak etmişəm. Bakı mənim üçün uğurlu olmuşdu, ölkəmə qalibiyyətlə qayıtmışdım. Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında yarışan türkiyəli tennisçi Özləm Uslu deyib. Tennisçi bildirib ki, hava küləkli olsa da, qalib gəlməyinə mane olmayıb.

“Bakı festivala çox gözəl hazırlaşıb. Əvvəl Bakıda qapalı kortda yarışmışdım. XV Avropa Gənclər Yay Olimpiya Festivalında açıq kortlarda oynayırıq. Hər şey yüksək səviyyədədir. İnanıram ki, bu dəfə də Bakı mənə uğur gətirəcək”, - deyə Özləm Uslu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə