Paytaxt məktəblisi festivalda I yeri tutub

Paytaxt məktəblisi XV Avropa Gənclər Olimpiya Festivalında sərbəst güləş üzrə I yeri tutub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında 136 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Sadıxlı sərbəst güləş üzrə yarışda ən yüksək pilləyə - I yerə layiq görülüb.

Qeyd edək ki, paytaxtda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalına 50 Avropa ölkəsindən nümayəndə heyəti qatılıb.

Festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) yarışlar keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə