Xames Rodriqesin yeni klubu məlumdur - razılıq əldə olundu

"Real"dan ayrılacağı dəqiqləşən Xames Rodriqesin yeni klubu müəyyənləşib.

SİA “sports.ru” saytına istinadən verdiyi xəbərə görə, "Napoli"yə keçidi alınmayan kolumbiyalı yarımmüdafiəçi karyerasını "Atletiko"da davam etdirəcək. Madrid klublarının artıq öz aralarında razılığa gəldiyi bildirilir. "Kral klubu"nun 28 yaşlı futbolçunun satışından 40 milyon avro gəlir götürəcəyi iddia olunur. Təcrübəli oyunçunun "Atletiko" ilə 5 illik müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Xames ötən mövsümü icarə əsasında "Bavariya"da keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə