Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb “EYOF Bakı 2019”

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində sərbəst güləşçimiz Murad Haqverdiyev qızıl medal qazanıb. SİA-nın məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni məğlub edib - 11:4.

Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərimiz Fərid Sadıxlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) isə bürünc medallar qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...