Türkiyə tennisçiləri yarışa qələbə ilə başlayıblar

Bakı Tennis Akademiyasında "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında ilk görüşlərin nəticələri məlum olub. SİA-nın məlumatına görə, fərdi yarışlarda israilli Maya Bazalel Belçika idmançısı Hanne Vandevınkeli 6 (10):7, 6:4, 10:8, sloveniyalı Petja Drame Böyük Britaniyalı Andrea Pinedanı 6:3, 6:1, türkiyəli Toğan Tokac xorvatiyalı Noa Vukadini 6:2, 6:1, Türkiyənin digər təmsilçisi Melisa Senli kosovalı Vesa Gjinajı 6:1,6:1, Bidny Yehonathan (İsrail) Barton Hyneki (Çex Respublikası) 7:5, 6:2, Maria Şolokova (Rusiya) Suana Tucakoviçi (Bosniya və Herseqovina) 6:2, 6:2 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...