“EYOF Bakı 2019”: tennis yarışlarında idmançımız mübarizəyə qoşulub

Bakı Tennis Akademiyasında "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında idmançımız Polina Drobişev mübarizəyə qoşulub. SİA-nın məlumatına görə, təmsilçimiz qızların fərdi yarışlarında slovakiyalı Salma Druqdova ilə qarşılaşır.

Bundan başqa Pia Marija Rebec (Sloveniya) Arica Todoni (Rumıniya), Pedro Rodenas (İspaniya) Erden Er (Türkiyə), Forta Morina (Kosova) Çelsi Fontenel (İsveçrə), Dominika Salkova (Çex Respublikası) Dani Juna (Albaniya), Andreas Sillaste (Estoniya) Patrik Jurina (Xorvatiya) görüşləri də keçirilir. Tamerlan Əzizov isə fərdi yarışda italiyalı Daniele Minigini ilə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...