XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb

İyulun 21-də Bakı Tennis Akademiyasında "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb. Yarışda oğlanlar və qızlar fərdi və qoşa kateqoriyalarda mübarizə aparırlar. SİA-nın məlumatına görə, festivalın tennis yarışlarında Azərbaycanı Kənan Qasımov, Tamerlan Əzizov, Alina Hüseynova və Polina Drobışeva təmsil edirlər. "Bakı 2019"da 2004-cü il yanvarın 1-dən 2005-ci il dekabrın 31-dək doğulmuş tennisçilər iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...