Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu Almaniya ikinci Bundesliqa təmsilçisi "Erzgebirge" növbəti yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, komanda Almaniya Bundesliqa klubu "Union Berlin"lə qarşılaşılb. Matç 1:1 hesabı ilə başa çatıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan D.Nazarov 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, Nazarov bundan əvvəl yüksək liqa təmsilçisi "Herta" ilə yoxlama görüşündə (4:1) komandasının ikinci qolunu vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə