Məmuru döyən futbolçuların həbsdən çıxacağı tarix bilindi

Hazırda həbsdə olan rusiyalı futbolçular - "Zenit"in hücumçusu Aleksandr Kokorin və "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevin azadlığa çıxacağı tarix müəyyənləşyib.

SİA “sports.ru” saytına istinadən xəbər verir ki, bu barədə jurnalist və aparıcı Olqa Skbeyeva "Telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, Mamayev bu il noyabrın 6-da, Kokorin isə dekabrın 7-də həbsdən çıxacaq.

Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə