Bakı-2019: Nümayəndə heyətləri Atletlər kəndində şənlik keçiriblər

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək ölkələrin nümayəndələri Atletlər kəndində məskunlaşıblar.

SİA-nın məlumatına görə, yarışa qatılacaq 48 ölkənin nümayəndə heyətləri bununla bağlı şənlik təşkil ediblər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçiriləcək. Atletlər kəndində iştirakçı 48 ölkədən 3900 nəfər idmançı və texniki nümayəndə heyəti məskunlaşacaq.

Atletlər idmanın 10 növü – idman gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...