Mauro İkardi "Yuventus"a doğru

"İnter"in futbolçusu Mauro İkardi "Yuventus"a transfer oluna bilər. "Football İtalia" nəşrinin yaydığı xəbərə görə, Turin klubu argentinalı hücumçu ilə 5 illik müqavilə imzalamaq barədə razılığa gəlib. Onun yeni klubunda ilinə 8 milyon avro qazanacağı iddia olunub.

Bildirilib ki, "Yuventus" Beynəlxalq Çempionlar kuboku-2019 üçün sifariş ərizəsində 9 nömrəni boş qoyması məhz İkardiyə görədir. Komandanın yeni transferləri Matteys de Liqt - 4, Aaron Remsi - 8, Adriyen Rabo - 25, Merih Demiral - 28 nömrəli formanı seçib. İkardinin isə komanadada 9 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm 37 oyunda 17 qol vurub, 4 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...