Hollandiyalı futbolçu "Yuventus"da 4 nömrəli formanı seçdi

Matteys de Liqtin yeni klubu "Yuventus"dakı forma nömrəsi müəyyənləşib. İtaliya klubunun rəsmi "Tvitter" səhifəsində yer alan xəbərə görə, hollandiyalı müdafiəçi Turin təmsilçisində 4 nömrəli forma ilə çıxış edəcək. Qeyd edək ki, 19 yaşlı oyunçu "Yuventus"la 5 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə