Transferdən ən çox pul qazanan 10 Avropa klubu!

"Transfermarkt" son 5 il ərzində transfer gəlirləri və xərclərinin ən yaxşı balansına malik Avropanın 10 klubunun siyahısını dərc edib. Qol.az-ın məlumatına görə, siyahının ilk pilləsində "Benfika" qərarlaşıb. Portuqaliya klubu son 5 il ərzində transferlərə 180 milyon avro xərcləyib, 707 milyon avro isə qazanıb. "Benfika" transfer fəaliyyətindən 527 milyon avro gəlir əldə edib.

İlk "10-luk"da aşağıda adları qeyd olunan klublar yer alıb:

1. "Benfika" – xərcləmə - 180,1 milyon avro, transferdən kluba daxil olan pul - 707,3 milyon avro, təmiz gəlir - 527,2 milyon avro

2. "Monako" – xərcləmə - 505,6 milyon avro, transferdən kluba daxil olan pul - 865 milyon avro, gəlir - 359,4 milyon avro

3. "Portu" – xərcləmə - 235,1 milyon avro, transferdən kluba daxil olan pul - 471 milyon avro, gəlir - 235,9 milyon avro

4. "Ayaks" – xərcləmə - 177,7 milyon avro, transferdən kluba daxil olan pul - 390,6 milyon avro, gəlir - 212,9 milyon avro

5. "Zalsburq" – xərcləmə - 47,9 milyon avro, transferdən kluba daxil olan pul - 258,8 milyon avro, gəlir - 210,9 milyon avro

6. "Lion" – xərcləmə - 239,7 milyon avro, transferdən kluba daxil olan pul - 380,3 milyon avro, gəlir - 140,7 milyon avro

7. "Cenoa" – xərcləmə - 164,3 milyon avro, transferdən kluba daxil olan pul - 293,2 milyon avro, gəlir - 128,9 milyon avro

8. "Şaxtyor" (Donetsk) – xərcləmə - 55,6 milyon avro, transferdən kluba daxil olan pul - 172,9 milyon avro, gəlir - 117,3 milyon avro

9. "Sportinq" – xərcləmə - 156,6 milyon avro, transferdən kluba daxil olan pul - 267,4 milyon avro, gəlir - 110,8 milyon avro

10. "Atletik" (Bilbao) – xərcləmə - 73,9 milyon avro, transferdən kluba daxil olan pul - 181 milyon avro, gəlir - 107,1 milyon avro

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...