Cüdoçumuz Asiya kubokunda gümüş medal qazanıb

Qazaxıstanın Aktau şəhərində keçirilən açıq Asiya kuboku yarışında cüdoçumuz Şahin Qəhrəmanov gümüş medal qazanıb. 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü finaladək uğurla irəliləsə də, həlledici mərhələdə koreyalı Jinsu Kangın öhdəsindən gələ bilməyib və ikinci yerlə kifayətlənib.

Daha əvvəl təmsilçimiz Yaşar Nəcəfov (60 kq) yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib. Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...